AZ

“Qarabağ”ın rəqibi uğursuz seriyanı Londonda qırdı – VİDEO

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” İngiltərə Premyer Liqasında XXVI turun oyununa çıxıb.

Msport.az xəbər verir ki, Eddi Hounun komandası Londonda “Tottenhem”in qonağı olub.

“Tottenhem Hotspur Stadium”da keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Nyukasl” Premyer Liqada son 3 oyunda uduzmuşdu. Komanda çempionatda ümumilikdə 4 oyun idi ki, qalib gələ bilmirdi.

56 xala malik “Arsenal”ın liderlik etdiyi turnir cədvəlində “Nyukasl” 36 xalla 10-cu yerə yüksəlib. “Tottenhem” isə 29 xalla 16-cıdır.

Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Bakıda, 24-də isə Nyukaslda olacaq.

Seçilən
69
2
msport.az

7Mənbələr