Rusiya Ermənistanla TRIPP layihəsində iştirakının parametrlərini müzakirə etməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində deyib.
O, TRIPP layihəsi barədə danışarkən bildirib: ""Tramp Yolu" layihəsi ilə bağlı biz artıq mövqeyimizi bildirmişik. Ermənistan-Amerika təşəbbüsünün təfərrüatları hələ də öyrənilməlidir. Biz həm parametrləri, həm də Rusiyanın müxtəlif formatlarda mümkün iştirakını müzakirə etmək üçün Yerevandakı tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq".
Qaluzin xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər Rusiya Dəmir Yollarının törəmə müəssisəsinin idarəçiliyində olub, ölkədə Rusiya qatarlarından istifadə olunur və Rusiya sərhədçiləri İranla sərhəddə yerləşdirilib: "Ermənistanın AİB-ə üzvlüyünü nəzərə alsaq, tərəfdaşlarının Rusiyasız keçinə bilməyəcəyi aydındır".
Diplomat həmçinin qeyd edib ki, Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli formatında baş nazir müavinləri səviyyəsində regionda kommunikasiyaların açılması üçün əhəmiyyətli işlər görülüb.
Ağarza Elçinoğlu