Rusiya Abxaziya vasitəsilə Gürcüstana dəmir yolu xidmətini bərpa etməyi düşünür.
"Unikal" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Marşrutun bərpası Qafqazda nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinə kömək edəcək. Bu tədbir İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiya xalqlarının sülhü, sabitliyi və iqtisadi rifahı üçün vacibdir", - deyə Rusiya Baş nazirinin müavini bildirib.