AZ

Paşinyandan Azərbaycan bağlı etiraf

Azərbaycan öz ərazisi vasitəsilə Ermənistan məhsullarının üçüncü ölkələrə ixracına icazə verib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

O, xatırladıb ki, Azərbaycan vasitəsilə dəmir yolu əlaqəsi mövcuddur və maneəsiz fəaliyyət göstərir.

"Amma qeyd etmək çox vacibdir ki, Ermənistandan Azərbaycan vasitəsilə xarici dünyaya dəmir yolu xidməti də açıqdır və məndə belə bir təəssürat yaranır ki, biznesimiz hələ bu xəbəri həzm etməyib”", — deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, söhbət Gürcüstan və Azərbaycan vasitəsilə üçüncü ölkələrə - Rusiya, Mərkəzi Asiya və Çinə gedən dəmir yolu əlaqəsindən gedir. Ermənistan baş nazirinin sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə keçirilən görüşdə müzakirə olunub.

Seçilən
18
1
publika.az

10Mənbələr