AZ

Azərbaycan Ermənistana icazə verib Paşinyan

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Ermənistan məhsullarının öz ərazisi vasitəsilə üçüncü ölkələrə ixracına icazə verib.

"Ölkə.az" xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə açıqlayıb.

O, xatırladıb ki, Azərbaycan vasitəsilə dəmir yolu xidməti mövcuddur və maneəsiz fəaliyyət göstərir.

"Lakin qeyd etmək çox vacibdir ki, Ermənistandan Azərbaycan vasitəsilə xarici dünyaya dəmir yolu xidməti də açıqdır və məndə belə bir təəssürat yaranır ki, bizim biznesimiz hələ bu xəbəri həzm etməyib", - Paşinyan qeyd edib.

O əlavə edib ki, bu, Gürcüstan və Azərbaycan vasitəsilə üçüncü ölkələrə - Rusiya, Orta Asiya və Çinə dəmir yolu xidmətindən gedir.

Ermənistan Baş nazirinin sözlərinə görə, bu məsələ Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə müzakirə olunub.

Elvin

Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
4
olke.az

10Mənbələr