AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevi cəzalandırıb.
QOL.az xəbər verir ki, komitənin bugünkü iclasında belə qərar qəbul edilib.
Cəzaya səbəb mütəxəssisin Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz"ə qarşı görüşdə etdiyi hərəkətlər olub. K.Berdıyevə hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəza verilib.
"Turan Tovuz" isə 10 min manat məbləğində cərimələnib.
Həmçinin K.Berdıyevin köməkçisi Yunis Hüseynov da cəzalandırılıb. O, hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyun buraxılmayacaq. “Turan Tovuz” isə 2500 manat cərimə edilib.