AZ

Hakimi itələməsinin cəzası ağır oldu Kurban Berdıyevlə bağlı sərt qərar

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Hakimi itələməsinin cəzası ağır oldu - Kurban Berdıyevlə bağlı sərt qərar

AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevi cəzalandırıb.

QOL.az xəbər verir ki, komitənin bugünkü iclasında belə qərar qəbul edilib.

Cəzaya səbəb mütəxəssisin Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz"ə qarşı görüşdə etdiyi hərəkətlər olub. K.Berdıyevə hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəza verilib.

"Turan Tovuz" isə 10 min manat məbləğində cərimələnib.

Həmçinin K.Berdıyevin köməkçisi Yunis Hüseynov da cəzalandırılıb. O, hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmayacaq. “Turan Tovuz” isə 2500 manat cərimə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
3
qol.az

4Mənbələr