AZ

NATO-nun müdafiə nazirləri bu gün Brüsseldə toplaşır

NATO müdafiə nazirləri bu gün Brüsseldə Alyansın Ankarada keçiriləcək sammitinə hazırlıq məqsədilə görüşəcək. SİA-nın məlumatına görə, bu barədə Baş katib Mark Rutte bildirib.

Onun sözlərinə görə, görüşdə müttəfiq ölkələrin müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin gücləndirilməsi və Alyans daxilində təchizat zəncirlərinin möhkəmləndirilməsi müzakirə olunacaq. O, həmçinin yeni texnologiyaların tətbiqi və müdafiə məhsullarının istehsalının sürətləndirilməsinin vacib olduğunu qeyd edib. Rutte Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorovun da görüşdə iştirak edəcəyini bildirib.

Mətləb

Seçilən
4
1
sia.az

6Mənbələr