Bakı. Trend:
2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksəksəviyyəli görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanınhazırlanması məqsədilə birgə işçi qrupunun yaradılmasıAzərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasınıqoydu.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.
Onun fikrincə, bu proses göstərdi ki, tərəflər münasibətlərisituativ maraqlar deyil, uzunmüddətli strateji hədəflər üzərindəqurmağa üstünlük verirlər:
“2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Vensin Bakıyarəsmi səfəri isə həmin strateji kursun davamlılığının və siyasiiradənin real təsdiqidir. Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin ABŞ-ın vitse-prezidenti Cey. Di. Venslə birgəmətbuata bəyanatı son aylarda regionda formalaşan yeni siyasireallıqların mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu bəyanattəkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də CənubiQafqazda sülh, əməkdaşlıq və qlobal inteqrasiya perspektivləriniəks etdirən strateji baxışı nümayiş etdirir”.
K.Qafarov bildirib ki, Prezident İlham Əliyevin sülh mövzusundatəqdim etdiyi açıqlamalar xüsusilə diqqətçəkicidir:
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasıvə Sülh haqqında Birgə Bəyannamənin imzalanması region üçün dönüşnöqtəsi hesab edilə bilər. Artıq altı aydır davam edən sabitlikmərhələsi postmünaqişə dövrünün yalnız hüquqi sənədlərlə deyil,praktik davranış və siyasi mədəniyyətlə möhkəmləndirildiyinigöstərir. Azərbaycanın sülh şəraitində yaşamağı və əməkdaşlıqmühitini formalaşdırmağı öyrənməsi regional münasibətlərdə yenimodelin əsasını yaradır. Tramp–Vens administrasiyasının təşəbbüsüilə irəli sürülən TRIPP layihəsi isə bu sülh mühitinin iqtisadi vəgeosiyasi ölçüsünü tamamlayır. Bu marşrut Azərbaycanın daxilibağlantısını gücləndirməklə yanaşı, Cənubi Qafqazı Asiya ilə Avropaarasında mühüm nəqliyyat və logistika qovşağına çevirir. Layihənintəhlükəsiz, etibarlı və genişmiqyaslı xarakter daşıması regionunbeynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirir vəsülhün iqtisadi dayaqlarını möhkəmləndirir. Əlbəttə ki, enerjitəhlükəsizliyi sahəsində Azərbaycanın artan rolu da StratejiTərəfdaşlıq Xartiyasının mühüm sütunlarından biridir. Bu günAzərbaycanın təbii qazla təmin etdiyi ölkələrin əksəriyyətinin NATOüzvü və ABŞ-ın müttəfiqi olması Bakının Avroatlantik təhlükəsizlikməkanında etibarlı tərəfdaş statusunu təsdiqləyir. Enerji sahəsindəformalaşmış qarşılıqlı asılılıq siyasi dialoqun dərinləşməsinə vəuzunmüddətli strateji əməkdaşlığa əlavə zəmin yaradır. Beləliklə,Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–ABŞ münasibətlərininyalnız ikitərəfli deyil, regional və qlobal miqyasda əhəmiyyətdaşıdığını göstərir. Sülh, nəqliyyat, enerji və təhlükəsizlik kimiəsas istiqamətləri əhatə edən bu tərəfdaşlıq Azərbaycanın dəyişənbeynəlxalq sistemdə artan strateji rolunu aydın şəkildə ortayaqoyur”.