
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yeni elektrikli avtobusların alınması imkanları müzakirə edilib.
Missiya.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüş zamanı Əbu-Dabi və Azərbaycan arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik", – deyə nazir qeyd edib.
R.Nəbiyev həmçinin Bakı şəhərində həyata keçirilən nəqliyyatın optimallaşdırılması tədbirləri, eləcə də mikromobillik və parklanma infrastrukturunun yaradılması ətrafında fikir mübadiləsinin apardığını bildirib.