Bakı.Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-DabiƏmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədriMəhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüş keçirib.
Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)məlumat yayıb.
Görüş zamanı Əbu-Dabi və Azərbaycan arasında şəhər nəqliyyatınıninkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Bakı şəhərində həyata keçirilən nəqliyyatın optimallaşdırılmasıtədbirləri, yeni elektrikli avtobusların alınması, eləcə dəmikromobillik və parklanma infrastrukturunun yaradılması ilə bağlıfikir mübadiləsi aparılıb.