AZ

Kral III Çarlz nə yeyir? – Açıqlandı


Britaniya kralı III Çarlzın keçmiş baş aşpazı Qrant Harrold monarxın adətən nə yediyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, III Çarlz səhər yeməyini çox sevir. O, gününə təzə çörək, müsli, tərəvəz və çayla başlayır.
Kralın gündəlik rasionuna quşqonmaz və qaymaqlı sousla hazırlanmış yumurtadan ibarət klassik “Egg Argenteuil” fransız yeməyi daxildir.
O, yumurtalarını dörd dəqiqə qaynatmağı sevir.
Monarx adətən nahardan imtina edir və avokado ilə qəlyanaltı edir.
Şam yeməyində III Çarlz göbələk yeməklərinə üstünlük verir. Keçmiş aşpazı Darren MakQredinin sözlərinə görə, o, quzu kotleti ilə rizottonu sevir.
77 yaşlı kralın digər sevimli yeməyi isə qırqovul piroqudur.
Seçilən
55
13
yeniavaz.com

10Mənbələr