Böyük Britaniya kralı III Çarlz haqqında maraqlı fakt üzə çıxıb.
Publika.az xəbər verir ki, “RadarOnline” nəşrinin məlumatına görə, kralın Valaxiya (Şimal-Qərbi Rumıniya) hökmdarı Vlad III Tsepeşin (və ya Vlad Drakula) 16-cı nəsil davamçısı olduğu müəyyən edilib.
Qeyd edək ki, irlandiyalı yazıçı Bram Stoker, 1897-ci ildə yazdığı məşhur "Drakula" romanı üçün Vladın adından və onun haqqındakı qəddarlıq hekayələrindən istifadə edərək, vampir obrazını yaradıb.
Kralın ailə köklərinə maraq hələ 1998-ci ildə, o zamanlar Uels şahzadəsi olan Çarlzın Transilvaniyaya səfərindən sonra artıb. Rumıniyanın bu bölgəsində həyata keçirilən ekoloji layihələrdə fəal iştirak edən Çarlz yerli irsin qorunmasına xüsusi önəm verib.