Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Biz azərbaycanlıları universitetdə incitməsinlər, başqa şey istəmirəm".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu Gülüstan əyalətində tibbi xidmətlərlə bağlı iclasda Qonbəd-Kavus şəhərindən olan həkim İran Prezidenti Məsud Pezeşkiana bildirib.
"Mən sözümü yerinə düşsün deyə, Azərbaycan dilində demək istəyirəm, amma olmur. Biz azərbaycanlıları universitetdə incitməsinlər, başqa şey istəmirəm", - deyə həkim qeyd edib.
"Kim cürət edir?!", - deyə Pezeşkian da Azərbaycan dilində cavab verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.