AZ

İranda azərbaycanlı həkim Pezeşkiana şikayətləndi: “Bizi incitməsinlər“

"Biz azərbaycanlıları universitetdə incitməsinlər, başqa şey istəmirəm".

"Yeni Sabah" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu Gülüstan əyalətində tibbi xidmətlərlə bağlı iclasda Qonbəd-Kavus şəhərindən olan həkim İran Prezidenti Məsud Pezeşkiana bildirib.

"Mən sözümü yerinə düşsün deyə, Azərbaycan dilində demək istəyirəm, amma olmur. Biz azərbaycanlıları universitetdə incitməsinlər, başqa şey istəmirəm", - deyə həkim qeyd edib.

"Kim cürət edir?!", - deyə Pezeşkian da Azərbaycan dilində cavab verib.


Telegram kanalımız
Seçilən
8
1
yenisabah.az

2Mənbələr