AZ

Holand tarix yazdı: “Siti”nin bombardirləri sırasında yüksəldi

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 26-cı turunda “Fulhem”lə görüşdə fərqlənməklə klub tarixində önəmli pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, bu qol norveçli forvard üçün “şəhərlilər”in heyətində 153-cü olub.

Mənbənin məlumatına görə, Holand bununla klubun bütün dövrlər üzrə ən yaxşı bombardirləri siyahısında dördüncü yerə qalxıb və 1960-1970-ci illərdə çıxış etmiş Kolin Bell ilə eyni göstəriciyə çatıb. Siyahıya isə argentinalı əfsanə Serxio Aquero başçılıq edir.

Cari mövsümdə Holand Premyer Liqada 26 oyuna çıxaraq 22 qol vurub və altı məhsuldar ötürmə verib. Çempionlar Liqasında isə onun hesabında səkkiz matçda yeddi dəqiq zərbə var.

Qeyd edək ki, futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, hücumçunun bazar dəyəri 200 milyon avrodur.

İdman.Biz
Seçilən
39
2
idman.biz

3Mənbələr