AZ

Erlinq Haland tarix yazdı

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 26-cı turunda “Fulhem”lə görüşdə fərqlənməklə klub tarixində önəmli pilləyə yüksəlib.

Msport.az xəbər verir ki, bu qol norveçli forvard üçün “şəhərlilər”in heyətində 153-cü olub.

Haland bununla klubun bütün dövrlər üzrə ən yaxşı bombardirləri siyahısında dördüncü yerə qalxıb və 1960-1970-ci illərdə çıxış etmiş Kolin Bell ilə eyni göstəriciyə çatıb. Siyahıya isə argentinalı əfsanə Serxio Aquero başçılıq edir. Cari mövsümdə Haland Premyer Liqada 26 oyuna çıxaraq 22 qol vurub və altı məhsuldar ötürmə verib. Çempionlar Liqasında isə onun hesabında səkkiz matçda yeddi dəqiq zərbə var.

Qeyd edək ki, futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir.

Seçilən
16
2
msport.az

3Mənbələr