AZ

Məşhur polkovnik işdən çıxarıldı Yeni təyinat

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi dəyişib.

Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Əzizağa Qənizadə muzeyin rəisi vəzifəsindən azad olunub. Keçmiş briqada komandiri olan Ə.Qənizadə 2014-cü il sentyabrından bu postda çalışırdı.

Müdafiə nazirinin digər əmri ilə “Qarabağ” ordeni polkovnik Elşad Pənahov Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.

Uzun illərdir orduda xidmət edən E.Pənahov bundan əvvəl Hərbi Hava Qüvvələrinin Şəxsi heyət idarəsinin rəisi işləyib.

O, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla “Qarabağ” ordeni ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
5
globalinfo.az

9Mənbələr