AZ

Zakir Həsənov məşhur polkovniki işdən çıxardı: Yerinə o gətirildi

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi dəyişib.

Publika.az Yeni Sabah-a istinadla xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Əzizağa Qənizadə muzeyin rəisi vəzifəsindən azad olunub. Keçmiş briqada komandiri olan Ə.Qənizadə 2014-cü il sentyabrından bu postda çalışırdı.

Müdafiə nazirinin digər əmri ilə “Qarabağ” ordeni polkovnik Elşad Pənahov Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.

Seçilən
15
5
publika.az

9Mənbələr