AZ

Günay Ağamalı qəza törədib? -Özündən AÇIQLAMA

“Mən heç bir qəza törətməmişəm”.

Bunu “Yeni Sabah”a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı deyib.

Parlamentarinin Zabrat yolunda sürət həddini aşaraq öndəki maşına çırpıldığı iddia edilsə də, o bunu təkzib edib.

“Yayılan məlumatlar yanlışdır”- G.Ağamalı qeyd edib.

O, əlavə suallara cavab verməyib.

***

15:04

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı qəza törədib.

Turkustan.az Ajans.az-a istinadən xəbər verir ki, o, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində sürət həddini aşaraq öndəki maşına çırpılıb.

Hadisənin səbəbi isə, maşının avtobus xəttinə daxil olması olub.

Deputat ayrı avtomobil ilə hadisə yerindən uzaqlaşıb.

Günay Ağamalının son durumu ilə bağlı hələki məlumat yoxdur.

Qeyd edək ki, G.Ağamalının atası F.Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib.

Seçilən
30
3
turkustan.az

10Mənbələr