AZ

Günay Ağamalı qəza törədib? – YENİLƏNDİ

Millət vəkili Günay Ağamalının Zabrat yolunda sürət həddini aşaraq qəza törətməsi ilə bağlı xəbər yayılıb.

KONKRET.az bildirir ki, manset.az məsələni dəqiqləşdirmək üçün deputat Günay Ağamalı ilə əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib:

“Mən heç bir qəza törətməmişəm, hər şey qaydasındadır. Hazırda heç bir problem yoxdur. Niyə və hansı səbəbdən yazılıb, bilmirəm. Belə bir hadisə baş verməyib. Mən hər hansı qəza keçirməmişəm. Ümumiyyətlə, özüm avtomobil idarə etmirəm”.

Qeyd edək ki, millət vəkili Günay Ağamalının qəza törətməsi ilə bağlı xəbəri Ajans.az saytı yayıb.

***15:05

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı qəza törədib.

KONKRET.az Ajans.az-a istinadən xəbər verir ki, o, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində sürət həddini aşaraq öndəki maşına çırpılıb.

Hadisənin səbəbi isə, maşının avtobus xəttinə daxil olması olub.

Deputat ayrı avtomobil ilə hadisə yerindən uzaqlaşıb.

Günay Ağamalının son durumu ilə bağlı hələki məlumat yoxdur.

Qeyd edək ki, G.Ağamalının atası F.Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib

Seçilən
34
14
konkret.az

10Mənbələr