AZ

CENTCOM: İŞİD-çi məhbusların Suriyadan İraqa köçürülməsi tamamlanıb - YENİLƏNİB

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD üzvü olan məhbusların Suriyadan İraqa köçürülməsi prosesinin tamamlandığını bildirib.

APA CENTCOM-a istinadən xəbər verir ki, yanvarın 21-dən fevralın 12-ə qədər 5700-dən çox məhbus İraqa köçürülüb.

Qeyd olunub ki, bu məhbusların təhlükəsiz şəkildə İraqa köçürülməsi Suriyada İŞİD-in yenidən canlanmasının qarşısını alacaq.

***

14:30

İndiyə qədər Suriyada həbsdə olan 3 min İŞİD terrorçusu İraqa köçürülüb.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn danışıb.

O bildirib ki, İŞİD-dən olan məhbusların İraqa köçüçürülmsə prosesi davam edir və buna görə də bu ölkəyə maliyyə dəstəyi lazımdır.

Fuad Hüseyn İraqın keçmiş Baş naziri Nuri əl-Malikinin yenidən Baş nazirliyə namizəd kimi irəli sürülməsinə ABŞ tərəfindən etiraz edilməsini şərh edərkən bildirib ki, rəsmi Bağdad ABŞ-ın xəbərdarlıqlarını ciddi qəbul edib, lakin Malikinin namizədliyinin irəli sürülməsi İraqın daxili işidir.

Seçilən
7
4
apa.az

10Mənbələr