ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD üzvü olan məhbusların Suriyadan İraqa köçürülməsi prosesinin tamamlandığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CENTCOM-un bəyanatında bildirilir.
Qeyd edilir ki, yanvarın 21-dən fevralın 12-ə qədər 5700-dən çox məhbus İraqa köçürülüb.
Qeyd olunub ki, bu məhbusların təhlükəsiz şəkildə İraqa köçürülməsi Suriyada İŞİD-in yenidən canlanmasının qarşısını alacaq.