Bu gün ölkəmizdə ilk televiziyanın yaranmasından 70 il ötür.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
Onun sözlərinə görə, 1956-cı ilin 14 fevralında fəaliyyətə başlayan Bakı Televiziya Studiyası qısa zamanda maarifləndirən və məlumatlandıran güclü vasitəyə çevrilərək informasiya məkanımızın formalaşmasında, xalqımızın ictimai, siyasi və mədəni həyatında mühüm rol oynayıb: