AZ

Efiriniz daim işıqlı olsun Hikmət Hacıyevdən PAYLAŞIM

Sia Az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında ölkəmizdə ilk televiziyanın yaranmasının 70 illiyi ilə bağlı paylaşım edib.

Onun sözlərinə görə, 1956-cı ilin 14 fevralında fəaliyyətə başlayan Bakı Televiziya Studiyası qısa zamanda maarifləndirən və məlumatlandıran güclü vasitəyə çevrilərək informasiya məkanımızın formalaşmasında, xalqımızın ictimai, siyasi və mədəni həyatında mühüm rol oynayıb: "Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir. Məzmun və format baxımından daim yenilənən televiziya kanallarımızın hər uğurlu efirinin arxasında jurnalistlərin, aparıcıların, rejissorların, operatorların və bütövlükdə yaradıcı heyətin böyük zəhməti və fədakar əməyi dayanıb. Bu əlamətdar gün münasibətilə bütün televiziya işçilərini səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. Efiriniz daim işıqlı olsun!".

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
19
sia.az

10Mənbələr