AZ

“Mənə oynamaq şansı vermirdi, nə edə bilərəm?” Anatoli Nuriyev

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Mənə oynamaq şansı vermirdi, nə edə bilərəm?” - Anatoli Nuriyev

“Zirə”nin yeni transferi Anatoli Nuriyevin QOL.az saytına müsahibəsi

- “Karvan-Yevlax”la görüşdə “(1:0) “Zirə”nin heyətində debüt etdiniz. Təəssüratlarınız necədir?

- Müəyyən fasilədən sonra ilk dəfə meydana çıxırdım. Sonuncu dəfə ötən ilin noyabrında milli komandada forma geymişdim. Buna görə də müəyyən çətinlik var idi. Ümid edirəm zamanla formamı bərpa edəcəm. Mövsümün sonuna hələ 3 ay var. 

- “Zirə”yə keçidiniz necə alındı?

- Təklif gəldi. Danışıqlar apardıq və razılaşdıq. Mən oynamaq istəyirəm, futbolçuyam və daim ehtiyatda qala bilmərəm. Bu, psixoloji cəhətdən də çətindir. Ona görə də klubumu dəyişmək istədim. 

- Rəşad Sadıqov oyun sonrası mətbuat konfransında bildirdi ki, keçidiniz üçün “Sabah”a müraciət ediblər...

- Bəli, müraciət olub. Lakin mən hələ dekabrda “Sabah”dan getmək istəyirdim. Klub isə məni buraxmaq istəmirdi. Sonradan güzəştə getdilər. 

- Başqa təklifləriniz var idi?

- Var idi. Lakin indi bu haqda danışmaq əhəmiyyətsizdir. Dediyim kimi, mən daim oynamaq istəyirəm. Bunun üçün məşqlərdə əlimdən gələni edəcəm. 

- Nə baş verdi ki, birdən-birə “Sabah”ın ehtiyat oyunçusuna çevrildiniz?

- Komanda hazırda yaxşı forma yığıb. Mənim mövqeyimdə də oynayan futbolçular var. Baş məşqçi şans vermirdi. Mən nə edə bilərəm? Meydana çıxmaq üçün çalışırdım. Futbolda belə hallar olur. Qəribə heç nə yoxdur. 

- “Sabah” çempion olsa, klubunuzu dəyişdiyiniz üçün peşman olmayacaqsınız?

- Mən buna yalnız sevinə bilərəm. 3 il yarım “Sabah”da oldum. Futbol həyatı belədir, gec-tez klubunu dəyişirsən. Ona görə də heç nəyə təəssüflənməyəcəyəm. Ümid edirəm ki, “Zirə”dəki karyeram uğurlu alınar. 

- Bu günlərdə UEFA Millətlər Liqasının püşkü atıldı. Qrupdakı rəqibləri necə dəyərləndirirsiniz?

- Yaxşı püşkdür. Deməzdim ki, Litva və Lixtenşteyn elə də güclü deyillər. Açığı, son zamanlar oyunlarını görməmişəm. İstənilən halda məqsəd C divizionuna yüksəlməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
3
qol.az

4Mənbələr