AZ

Anatoli Nuriyev: “Baş məşqçi şans vermirdi, mən nə edə bilərəm”

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Zirə"nin yeni transferi Anatoli Nuriyev Misli Premyer Liqasının XX turunda "Karvan-Yevlax"ı məğlub etdikləri oyundan (1:0) sonra Sport24.az-a müsahibə verib.- "Karvan-Yevlax"la görüşdə "Zirə"nin heyətində debüt etdin. Təəssüratların necədir?- Müəyyən fasilədən sonra ilk dəfə meydana çıxırdım. Sonuncu dəfə ötən ilin noyabrında milli komandada forma geymişdim. Buna görə də müəyyən çətinlik var idi. Ümid edirəm zamanla formamı bərpa edəcəm. Mövsümün sonuna hələ 3 ay var.

- "Zirə"yə keçidin necə alındı?- Təklif gəldi. Danışıqlar apardıq və razılaşdıq. Mən oynamaq istəyirəm, futbolçuyam və daim ehtiyatda qala bilmərəm. Bu, psixoloji cəhətdən də çətindir. Ona görə də klubumu dəyişmək istədim.

- Rəşad Sadıqov oyun sonrası mətbuat konfransında bildirdi ki, keçidin üçün "Sabah"a müraciət ediblər...- Bəli, müraciət olub. Lakin mən hələ dekabrda "Sabah"dan getmək istəyirdim. Klub isə məni buraxmaq istəmirdi. Sonradan güzəştə getdilər.

- Başqa təkliflərin var idi?- Var idi. Lakin indi bu haqda danışmaq əhəmiyyətsizdir. Dediyim kimi, mən daim oynamaq istəyirəm. Bunun üçün məşqlərdə əlimdən gələni edəcəm.

- Nə baş verdi ki, birdən-birə "Sabah"ın ehtiyat oyunçusuna çevrildin?- Komanda hazırda yaxşı forma yığıb. Mənim mövqeyimdə də oynayan futbolçular var. Baş məşqçi şans vermirdi. Mən nə edə bilərəm? Meydana çıxmaq üçün çalışırdım. Futbolda belə hallar olur. Qəribə heç nə yoxdur.

- "Sabah" çempion olsa, klubunu dəyişdiyin üçün peşman olmayacaqsan?- Mən buna yalnız sevinə bilərəm. 3 il yarım "Sabah"da oldum. Futbol həyatı belədir, gec-tez klubunu dəyişirsən. Ona görə də heç nəyə təəssüflənməyəcəyəm. Ümid edirəm ki, "Zirə"dəki karyeram uğurlu alınar.

- Bu günlərdə UEFA Millətlər Liqasının püşkü atıldı. Qrupdakı rəqibləri necə dəyərləndirirsən?- Yaxşı püşkdür. Deməzdim ki, Litva və Lixtenşteyn elə də güclü deyillər. Açığı, son zamanlar oyunlarını görməmişəm. İstənilən halda məqsəd C divizionuna yüksəlməkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
3
sport24.az

4Mənbələr