AZ

Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri "Ay Laçın"ı ifa etdi - VİDEO



Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib.

Bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.

"Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir", - H.Hacıyev qeyd edib.

TAHİR

Seçilən
31
9
baki-xeber.com

10Mənbələr