Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı maraqlı məqam yaşanıb.
Doğru.az xəbər verir ki, Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan xalq mahnısı Ay Laçını ifa edib.
Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bu jest Azərbaycan-Serbiya münasibətlərinin ruhunu, qarşılıqlı hörmət və dostluğu əks etdirir.
DOĞRU.AZ