AZ

Rusiya Qarabağı azad etməyə kömək edib?! 2020 ci ilin noyabrında... Sensasion sözlər

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ruslar Azərbaycan Prezidenti İlham Əliyevə qarşı kampaniya aparır. İndi Aleksandr Duqin iddia edir ki, Moskva Azərbaycanı Qarabağı geri almaqda dəstəkləyib. Bu, absurddur”.

Globalinfo.az xəbər verir ki, bunu beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik Maykl Skott Doran deyib.

“2020-ci ilin noyabrında mən orada olarkən Rusiya (erməni qüvvələri vasitəsilə) Bakıya ən azı bir “İsgəndər” raketi atdı. Bəlkə, raket birbaşa mənə qarşı hədəflənməyib, amma mən belə şeyləri şəxsi qəbul edirəm.

Tarixin heç bir dönəmində Moskvanın məqsədi Qarabağı Azərbaycana təhvil vermək olmayıb. Məqsəd ermənilərə yetərincə mövqe saxlamaq, rus “sülhməramlılarını” yerləşdirmək, “Laçın dəhlizi”ni işğal etmək və özünü Bakı ilə İrəvan arasında əvəzolunmaz vasitəçi kimi göstərmək idi. Məqsəd manevr və tarazlığı nəzarətdə saxlamaq idi, Azərbaycanın qələbəsi yox!

Qeyd edək ki, bir müddət əvvəl rusiyalı siyasi analitik Aleksandr Duqin Qarabağdakı vəziyyətdən sonra ABŞ-la əməkdaşlıq etdiyi üçün rəsmi Bakını tənqid edib.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
4
globalinfo.az

5Mənbələr