AZ

Rusiya Qarabağın azad olunmasına kömək edib?!

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Ruslar Azərbaycan Prezidenti İlham Əliyevə qarşı kampaniya aparırlar. İndi Aleksandr Dugin iddia edir ki, Moskva Azərbaycanı Qarabağı geri almaqda dəstəkləyib. Bu, absurddur.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik Maykl Skott Doran deyib.

O bildirib ki, Rusiya hər vəchlə Qarabağın işğalda qalmasına çalışıb:

“2020-ci ilin noyabrında mən orada olarkən Rusiya (erməni qüvvələri vasitəsilə) Bakıya ən azı bir “İsgəndər” raketi atdı. Bəlkə, raket birbaşa mənə qarşı hədəflənməyib, amma mən belə şeyləri şəxsi qəbul edirəm.

Tarixin heç bir dönəmində Moskvanın məqsədi Qarabağı Azərbaycana təhvil vermək olmayıb. Məqsəd ermənilərə yetərincə mövqe saxlamaq, əraziyə rus “sülhməramlılarını” yerləşdirmək, “Laçın dəhlizi”ni işğal etmək və özünü Bakı ilə İrəvan arasında əvəzolunmaz vasitəçi kimi göstərmək idi. Məqsəd manevr və tarazlığı nəzarətdə saxlamaq idi, Azərbaycanın qələbəsi yox!”

Qeyd edək ki, bir müddət əvvəl rusiyalı siyasi analitik Aleksandr Duqin Qarabağdakı vəziyyətdən sonra ABŞ-la əməkdaşlıq etdiyi üçün rəsmi Bakını tənqid edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
4
axar.az

5Mənbələr