AZ

İcra başçısı görün kimi özünə sürücü təyin etdi - Foto

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə yeni sürücü təyin edib.

Publika.az Oxu.Az-a istinadla xəbər verir ki, icra başçısının əmri ilə Hüseynəli Süleymanov Beyləqan Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi - sürücü vəzifədən azad edilib. Onun yerinə Elnur Həsən oğlu Verdizadə təyin olunub.

Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan yeni sürücü E.Verdizadə Ə.Əzizovun həmyerlisidir.

E.Verdizadə əvvəllər hərraca çıxarılaraq özəlləşdirilən Xudat balıq zavodunun sahiblərindən olub. 2006-cı ildə müəssisəsinin 56.4 faiz səhmi onun adına rəsmiləşdirilib.

Seçilən
39
9
publika.az

10Mənbələr