AZ

Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə yeni sürücü götürüb.

Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, icra başçısının əmri ilə Hüseynəli Süleymanov Beyləqan Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi - sürücü vəzifədən azad edilib. Onun yerinə Elnur Həsən oğlu Verdizadə təyin olunub.Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan yeni sürücü E.Verdizadə Ə.Əzizovun həmyerlisidir.E.Verdizadə əvvəllər hərraca çıxarılaraq özəlləşdirilən Xudat balıq zavodunun sahiblərindən olub. 2006-cı ildə müəssisəsinin 56.4 faiz səhmi onun adına rəsmiləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
9
mia.az

10Mənbələr