AZ

''Qalatasaray''ın ulduzu geri dönmək istədiyi klubun adını açıqladı

''Qalatasaray''ın ulduzu Qabriel Sara vətəni Braziliya mətbuatına acıqlamalar verib. 26 yaşlı solaxay yarımmüdafiəçi son matçlarda məhsuldarlığı ilə diqqət çəkir.

"Football-plus.az" xəbər verir ki, o, bir müddət öncə superliqada ardıcıl 3 qarşılaşmada fərqlənmişdi. Bu mövsüm 31 rəsmi oyunda aktivinə 5 qol, 2 məhsuldar ötürmə yazan Sara fərqli mövzulara toxunaraq bunları deyib:

''Mən daha öncə də pis performans sərgiləmirdim. Sadəcə məhsuldarlığım və qollarda iştirak payım yetərli deyildi. Bu mövsüm isə yaxşı performans ilə yanaşı qollar da vururam. Bu baxımdan formamın zirvəsindəyəm. Çempionlar Liqası mühüm turnirdi və burda gözləntilər hər zaman yüksək olur. ''Yuventus'' güclü rəqibdi və bizi çətin oyun gözlədiyini bilirik. Amma bu camiədə hər kəs bu mərhələni keçməyi çox istəyir. Özü də ''Qalatasaray'' illər öncə Avropada uğur qazandığından insanlar yenə ümidlidi. Onlar bu turnirdə də tarix yazmağımızı arzulayırlar. Bir gün mütləq ''San Paulu''ya geri dönəcəm. Orda daha böyük uğurlar qazana bilmədiyim üçün xəyal qırıqlığı yaşayıram. Bəzən o klubu düşündükdə səbirsizlənirəm. Çünki orda inanılmaz illər keçirmişəm və yenə də keçirmək istəyirəm. Düzdü, indi bu, planımda yoxdu. Amma uzaq olmayan gələcəkdə artıq ora dönmək barədə düşünməyə başlayacam. Əvvəllər də bu mövzu haqda fikirlərimi dilə gətirmişəm. Karyeramın sonunda artıq qaça və komandaya fayda verə bilmədiyim dönəmdə ''San Paulu''ya qayıtmaq istəmirəm. Yaxşı formada olduğum və faydalı oynadığım bir vaxtda dönmək, kluba yardım etmək, çempionluq yaşamaq istəyirəm. Müasir futbolda nəticələri əvvəlcədən tapmaq çətindi. Kağız üzərində asan görünən şeylər meydanda heç də hər zaman reallığa çevrilmir. Bu mövsüm ÇL-də dəfələrlə bunun şahidi olmuşuq. Məsələn, dünya nəhəngi ''Liverpul'' ilə çox çətin oyunda qalib gəlməyi bacardıq. Ancaq aşkar favorit sayıldığımız Belçika klubu ''Yunion'' ilə oyunda məğlub olduq''.
Seçilən
115
11
football-plus.az

10Mənbələr