AZ

Maktominey müasir futbolun qaydalarını tənqid etdi: Futbol çox həssaslaşıb

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bu mövsüm ''Napoli''nin ən diqqətçəkən isimlərindən biri olan, Çempionlar Liqasında ''Qarabağ''a da qol vuran Skott Maktominey ''Korriere dello Sport'' nəşrinə müsahibəsində maraqlı açıqlamalar verib. İtaliyadakı karyerası haqda danışan təcrübəli sotlandiyalı yarımmüdafiəçi müasir futbol ilə bağlı tənqidi fikirlər də səsləndirib:

''Mən işimə son dərəcə ciddi yanaşıram. Çünki bunun qarşılığında pul qazanıram. Açıq danışsaq, futbolçular həftədə bir neçə dəfə məşq və oyuna çıxmağın qarşılığında çox yaxşı pullar qazanır. Həmin o iki saat ərzində ciddi ola bilmirsənsə, deməli işini düzgün yerinə yetirmirsən. Əylənməyin də öz yeri var. Meydandan kənarda. Meydanda isə mümkün olduğu qədər öyrənməyə çalışmalısan. Mən meydana addımımı atan kimi sanki başqa insana çevrilirəm. Burda fanatlara və ümumiyyətlə Neapolun isnanlarına heyranam. Çılğınlıq və futbola sevgi baxımından mənim vətənimdəki insanlara bənzəyirlər. Ona görə də bura adaptasiyam asan keçdi. Buranın hər şeyini, insanlarını, iqlimini, mətbəxini, mədəniyyətini sevirəm. Neapolun mərkəzi isə inanılmaz dərəcədə gözəldi. Futbolda qaydaların getdikcə yumşaldığını düşünürəm. Bəzi qərarlar hədsiz dərəcədə həssasdı. Bizə uşaq vaxtı futbolu başqa cür öyrədiblər. Belə şeylərə alışmamışdım. Bizə daha sərt futbol aşılayıblar. İndi kiçik bir təmasa görə nəinki cərimə zərbəsi verilir, hətta sarı vərəqə də göstərilir. Təbii ki, qaydalar haqda nəsə demək mənə yaraşmaz. Amma müasir futbolun çox həssas olduğunu düşünürəm. ''Napoli''də həm taktiki, həm də fiziki cəhətdən böyüdüm. A seriyası premyer-liqadan fərqlənir. Sürətlə uyğunlaşmaq məcburiyyətində qaldım. Meydanda necə hərəkət etməli olduğumu, necə boşluq tapmağı, rəqibin cərimə meydançasında necə təzyiq yaratmağı və düzgün müdafiə olunmağı öyrəndim. Bunları böyük məmnuniyyətlə öyrəndim və bu prosesin hər dəqiqəsindən zövq aldım''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

10Mənbələr