Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton həyat yoldaşı Bill Klintonun amerikalı maliyyəçi Ceffri Epşteyn ilə yaxın dost olmadığını bəyan edib.
Hurriyyet.org xəbər verir ki, o, bu barədə Almaniyanın "Spiegel" jurnalına verdiyi müsahibədə bildirib.
"O (Bill Klinton), Epşteynə yaxın olmayıb. Xeyriyyə layihələrində iştirak etmək üçün Epşteynin təyyarəsindən bir neçə dəfə istifadə edib və bu, Epşteynin təqsirli bilinməsindən illər əvvəl baş verib", - deyə o qeyd edib.
Klinton vurğulayıb ki, "Epşteyn faylları"nda aralarında çox tanınmış şəxslərin də olduğu "minlərlə insanın" adı çəkilir, lakin adın hallanması faktı hər hansı bir məsələdə təqsirlilik sübutu deyil.
Fevralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə sənədlərin dərci prosesini yekunlaşdırıb. Baş prokuror istintaq sənədlərində adları keçən 300 məşhurun adını açıqlayıb. Onların arasında Donald Tramp, Obamalar və Klintonlar, Bill Geyts və İlon Mask, Kurt Kobeyn və Kim Kardaşyan da var.
Ədliyyə Nazirliyi vurğulayıb ki, siyahıda adın qeyd olunması ittiham irəli sürülməsi və ya qanunsuz hərəkətlərin müəyyən edilməsi mənasına gəlmir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.