AZ

Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

2026-cı il 17 fevral tarixində Heydər Əliyev BeynəlxalqAeroportunda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarasıKomissiyasının 8-ci iclası keçirilib. İclasda AZCON Holding,“Azərbaycan Hava Yolları” QSC, Dövlət Mülki Aviasiya Agentliyi,hava nəqliyyatı sahəsində fəaliyyət göstərən müvafiq strukturlar,aidiyyəti dövlət qurumları və digər aviasiya subyektlərinin rəhbərheyəti iştirak edib.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuatxidmətindən məlumat verilib.

İclas çərçivəsində ölkənin aviasiya təhlükəsizliyi sistemininmövcud vəziyyəti təhlil olunub, risk əsaslı yanaşma prinsiplərinintətbiqi, qurumlararası operativ koordinasiyanın optimallaşdırılmasıvə beynəlxalq standartlara uyğunluğun davamlı monitorinqi əsasprioritet kimi müəyyən edilib. Təhlükəsizlik prosedurlarınıneffektivliyi və əməliyyat risklərinin idarə olunması istiqamətindəəlavə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı razılıq əldəolunub.

Müzakirələrin əsas istiqamətlərindən biri cari ilin may ayındaBakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) hazırlıqolub. Forum dövründə gücləndirilmiş təhlükəsizlik rejiminintətbiqi, sərnişin və nümayəndə heyətlərinin hərəkətinin fasiləsizidarə olunması, eləcə də bütün aidiyyəti qurumlar arasında vahidəməliyyat koordinasiya mexanizminin işə salınması nəzərdətutulur.

İclasın yekununda təhlükəsizlik sahəsində institusionaləməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq tədbirlər dövründəyüksək hazırlıq səviyyəsinin təmin olunması və strateji risklərinqabaqlayıcı idarə olunması üzrə fəaliyyət istiqamətləri müəyyənedilib.

Aviasiya
Aviasiya
Aviasiya
Məqalədə:
Seçilən
71
5
az.trend.az

6Mənbələr