AZ

Şagird məktəbin ikinci mərtəbəsindən yıxıldı

Mingəçevirdə yuxarı sinif şagirdi oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Adalet.az  xəbər verir ki, hadisə 3 saylı tam orta məktəbdə baş verib.

Şagird Elmin Qasımov oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub. 3 saylı məktəbdə daha çox rusdillilər təhsil alır.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
35
5
adalet.az

6Mənbələr