AZ

Şagird məktəbin ikinci mərtəbəsindən yıxıldı



Mingəçevirdə yuxarı sinif şagirdi oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

aia.az xəbər verir ki, hadisə 3 saylı tam orta məktəbdə baş verib.

Şagird Elmin Qasımov oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub. 3 saylı məktəbdə daha çox rusdillilər təhsil alır.

Faktla bağlı araşdırma başlanıb.

aia.az



Seçilən
47
5
aia.az

6Mənbələr