AZ

Yaşat Fondu 2026-cı ildə 4-cü layihəsini Naxçıvanda həyata keçirir

Naxçıvan, 18 fevral, AZƏRTAC

Yaşat Fondu müxtəlif sosial layihələr reallaşdırır. “Qış düşərgəsi” də həmin sosial layihələrdən biridir. Artıq ikinci dəfədir ki, Naxçıvan Muxtar Respublikasında - Ağbulaq İstirahət Mərkəzində qış idman növlərinə marağı olan şəhid övladları ilə bir araya gəlmişik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yaşat Fondunun rəhbəri Elvin Hüseynov deyib.

O qeyd edib ki, uşaqlar mərkəzdə xizək sürməyi öyrənir, idman bacarıqlarını inkişaf etdirir, yeni dostlar qazanır və asudə vaxtlarını səmərəli keçirirlər: "Hesab edirik ki, bu cür layihələr davamlı olmalıdır. Çünki sosial təşəbbüslər uşaqların sosiallaşmasına, dünyagörüşünün formalaşmasına və inkişafına mühüm töhfə verir".

"Layihələrdən söz düşmüşkən, Yaşat Fondu 2026-cı ilin hələ başlanğıcı olmasına baxmayaraq, artıq sayca dördüncü layihəsini uğurla həyata keçirir. İnanırıq ki, bundan sonra da bu kimi sosial layihələr ardıcıl şəkildə davam etdiriləcək", - deyə Elvin Hüseynov əlavə edib.

Seçilən
102
3
azertag.az

4Mənbələr