Azertag saytına istinadən ain.az xəbər verir.
Naxçıvan, 18 fevral, AZƏRTAC
“YAŞAT” Fondu müxtəlif sosial layihələr reallaşdırır. “Qış düşərgəsi” də həmin sosial layihələrdən biridir. Artıq ikinci dəfədir ki, Naxçıvan Muxtar Respublikasında - Ağbulaq İstirahət Mərkəzində qış idman növlərinə marağı olan şəhid övladları ilə bir araya gəlmişik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.
O qeyd edib ki, uşaqlar mərkəzdə xizək sürməyi öyrənir, idman bacarıqlarını inkişaf etdirir, yeni dostlar qazanır və asudə vaxtlarını səmərəli keçirirlər: "Hesab edirik ki, bu cür layihələr davamlı olmalıdır. Çünki sosial təşəbbüslər uşaqların sosiallaşmasına, dünyagörüşünün formalaşmasına və inkişafına mühüm töhfə verir".
"Layihələrdən söz düşmüşkən, “YAŞAT” Fondu 2026-cı ilin hələ başlanğıcı olmasına baxmayaraq, artıq sayca dördüncü layihəsini uğurla həyata keçirir. İnanırıq ki, bundan sonra da bu kimi sosial layihələr ardıcıl şəkildə davam etdiriləcək", - deyə Elvin Hüseynov əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.