AZ

Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

BAKI, TurkicWorld,

16 fevral 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı imzalayıblar.

Memorandum Türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması və tanıdılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi və muzeyşünaslıq sahələrində əməkdaşlığın inkişafını, həmçinin müvafiq layihələr çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqini nəzərdə tutur.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib, tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair əminliklərini ifadə ediblər.

Seçilən
29
2
turkic.world

3Mənbələr