AZ

Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 18 fevral, AZƏRTAC

Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandum Türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması və tanıdılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi və muzeyşünaslıq sahələrində əməkdaşlığın inkişafını, həmçinin müvafiq layihələr çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqini nəzərdə tutur.

Memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı imzalayıblar.

Tərəflər əməkdaşlığın perspektivlərinə dair əminliklərini ifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
2
azertag.az

3Mənbələr