AZ

Çempionlar Liqası: “Qarabağ” – “Nyukasl” oyununda hesab açılıb-YENİLƏNİB

Bakı, 18 fevral, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 3-cü dəqiqəsində rəqibin heyətində Entoni Qordon fərqlənib - 0:1.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edir.

21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edir.

Seçilən
82
2
azertag.az

5Mənbələr