AZ

Çempionlar Liqası: “Qarabağ” - "Nyukasl" oyununda ikinci qol vurulub-YENİLƏNİB -2

Bakı, 18 fevral, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 8-ci dəqiqəsində rəqibin heyətində Malik Tiau diqqət mərkəzinə düşüb - 0:2.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edir.

21:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 3-cü dəqiqəsində rəqibin heyətində Entoni Qordon fərqlənib - 0:1.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edir.

21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edir.

Seçilən
87
2
azertag.az

5Mənbələr