AZ

Ötən ay Azərbaycanda istehsal olunmuş karbamidin həcmi açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanda 42,9 min ton həcmində karbamid istehsal olunub.

SİA- mən Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 29,9 % azdır.

Bu ilin fevralın 1-nə 43 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Seçilən
11
4
sia.az

5Mənbələr