AZ

Ötən ay Azərbaycanda istehsal olunmuş karbamidin həcmi açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanda 42,9 min ton həcmində karbamid istehsal olunub.

“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 29,9 % azdır.

Bu ilin fevralın 1-nə 43 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Seçilən
0
4
ikisahil.az

5Mənbələr