Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçrəyə işgüzar səfərə gedəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan XİN mılumat yayıb.
Bildirilib ki, Mirzoyan 23-24 fevral tarixlərində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının və Silahsızlanma Konfransının yüksək səviyyəli seqmentlərində iştirak edəcək və çıxışlar edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.