Tehranla Moskva hava hücumundan müdafiə sistemlərinin yenidən qurulması üçün gizli 500 milyon avroluq müqavilə imzalayıb.
Ölkə.az “Financial Times”ə istinadən xəbər verir ki, İran və Rusiya arasında 2025-ci ilin dekabr ayında Moskvada müqavilə imzalanıb. İmzalanan müqaviləyə əsasən,Moskva Tehrana minlərlə müasir raket və buraxılış qurğusu verəcək.
Nəşrin əldə etdiyi məlumata görə, bu müqaviləyə əsasən, Rusiya üç il ərzində İrana 500 ədəd Verba portativ buraxılış qurğusu və 2500 ədəd 9M336 raketi çatdırmalıdır. Təxminən 500 milyon avro dəyərində olan müqaviləyə əsasən, raketlərin 2027-2029-cu illər arasında üç ayrı mərhələdə İrana çatdırılması planlaşdırılır.
Nəşr onu da qeyd edib ki, 2025-ci ilin iyun ayında İsrail-ABŞ arasında İrana hücumlar və 12 günlük müharibədən sonra Tehran administrasiyası 2025-ci ilin iyul ayında Rusiyadan rəsmi olaraq bu müdafiə sistemlərini istəyib.
Məlumata görə, İran bu hücumlardan sonra strateji obyektlərini qorumaq üçün müdafiə qabiliyyətlərini artırmaq məqsədilə bunu istəyib. Verba Rusiyanın ən müasir hava hücumundan müdafiə sistemlərindən biri kimi tanınır. Bu sistem kruiz raketlərinə və aşağı hündürlükdə pilotsuz uçuş aparatlarına qarşı effektiv şəkildə istifadə edilə bilər.
Mürtəza