AZ

"Sabah" qələbə seriyasını ona çatdırdı: Növbəti rəqib "Qarabağ"dır

"Sabah" Misli Premyer Liqasında ilk dəfə ardıcıl 10 qələbə qazanıb.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı klubu seriyasını yubiley həddinə XXI turda çatdırıb.

Paytaxt təmsilçisi evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" bunadək "İmişli"ni 3:0, "Neftçi"ni 2:0, "Turan Tovuz"u 3:1, "Qarabağ"ı 2:1, "Sumqayıt"ı 3:1, "Karvan-Yevlax"ı 4:1, "Zirə"ni 3:1, "Araz-Naxçıvan"ı 4:1, "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.

İlk dəfə belə seriyaya imza atan "Sabah" turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək səkkiz klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.

"Neftçi" hamıdan çox - 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. "Qarabağ"ın dörd, "Şəmkir"in iki belə seriyası var. "Bakı", "Kəpəz", "Turan", "Xəzər" (Sumqayıt) və "Xəzər Lənkəran" isə "Sabah" kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli həddə çatdırıb.

"Cebheinfo.az"

Seçilən
0
17
cebheinfo.az

10Mənbələr